Xoş gəlmişsiniz, Qonaq, Daxil olmaq               

   yaxud Yeni istifadəçi ? Tıkla bura Yazılmaq
Qeydiyyat üçün .                                   

 












-Yaşılbaş ördək

-   İri çay ördəyi. Erkək: başı metalik göyümtül yaşıl, boynu ensiz, ağ xalta ilə əhatə edilmişdir. Sinəsi tünd qırmızıya çalan qəhvəyi, gövdəsinin qalan hissəsi açıq boz, arxası qaradır. Dimdiyi solğun sarıdır. Quyruğu gödək, quyruğun mərkəzi lələkləri yuxarıya burulmuşdur. Ayaqları narıncı rəngdədir. Gözcüklər tünd mavi, qıraqları enli, ağ haşiyəlidir.Dişi: çil-çil qəhvəyi, qarıncığı tünd, qanadların alt  lələkləri ağa çalır. Tacı və gözlərin qıraqları tünd, dimdiyi narıncı, narıncı dimdiyin üstündə mərkəzdən qıraqlara yayılan qaraya çalan qabarıq xətt keçir. Quyruğun uc lələkləri tutqun sarımtıl-ağdır
Latın dilində adı : Anas platyrhynchos 
İngilis dilində adı : Mallard  
Rus dilində adı : Кряква 
Fars dilində adı : سر سبز 
Türkmən dilində adı : -Ýaşylbaş (Kряква)  
Qazax dilində adı : Барылдауық үйрек / Кряква 
 




 
 

                                        
Copyright 2008 - Caspian Biodiversity Education Project, All rights reserved. Website designed by acccipiterdesign.com